Skip to main content

Vəziyyət

Niyə bir mətbuat konfransı təşkil etdik

Huseyn Abdullayev – 2018-ci ilin aprel ayında İstanbulun mərkəzində terror əleyhinə polis tərəfindən həbs olunub. Türkiyə hökuməti onu 24 saat ərzində Azərbaycan hakimiyyətinin nümayəndələrinə təhvil verib. Onun 2013-cü ildə Almaniyada siyasi sığınacaq almasına və Almaniya tərəfindən verilən etibarlı pasportu olmasına baxmayaraq, o Bakıya gətirilib. Bu nə deportasiya, nə də ekstradisiya idi. Bu, insan oğurluğu idi. Avqustun sonunda BMT-nın Əsassız Həbslərlə bağlı İşçi Qrupu (BMƏHİQ) Azərbaycan hökumətini Hüseyn Abdullayevi dərhal azad etməyə çağırdı. Komissiya həm onun Türkiyədə saxlanmasının, həm də Azərbaycanda həbs olunmasının qeyri-qanuni olduğunu müəyyən etdi. Martın sonlarında Kansler Merkelə ünvanladığımız açıq məktubda, biz Almaniyadan Türkiyə və Azərbaycana qarşı rəsmi etiraz etməsini xahiş etdik və Hüseyn Abdullayevin azad olunması məsələsini Bakıda siyasi hakimiyyətin ən yüksək səviyyəsində qaldırmağa çağırdıq. Təəssüflər olsun ki, bu gün biz BMT-nin qərarının ardınca öz tələbimizi Almaniyaya mətbuat konfransı vasitəsi ilə təkrar söyləyirik.

Mətbuat konfransı
«Hüseyni Abdullayevə azad edin»

BMT-nin qərarı

İnsan Hüquqları Şurası – Əsassız həbslərlə bağlı İşçi Qrupu

26 Avqust 2020-ci il tarixində BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupu (BMƏHİQ) bir il əvvəl Hüseyn Abdullayev tərəfindən verilən müraciəti araşdırdı. Türkiyənin və Azərbaycanın öz arqumentlərini təqdim etdiyi ziddiyyətli hüquqi prosedurlardan sonra, İşçi Qrupu hər iki ölkənin öz milli qanunlarını və beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğunu iddia edərək qərar verdi. Nəticə olaraq, İşçi qrupu bəyan etdi: “a) Azərbaycan hökuməti cənab Hüseyn Abdullayevi dərhal azad etməli” və “b) Türkiyə və Azərbaycan hökumətləri cənab Hüseyn Abdullayevə beynəlxalq hüquqa uyğun olaraq icra edilə bilən kompensasiya və digər təzminat hüququ verməlidirlər” (Bənd 114). Bundan əlavə, İşçi Qrupu, hər iki hökuməti, Hüseyn Abdullayevin əsassız azadlıqdan məhrum edilməsi ilə əlaqəli halların tam və müstəqil araşdırılmasını təşkil etməyə və onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı müvafiq tədbirlər görməyə çağırıb (Bənd 115).
Əsas sənədlərə baxın

Cenevredə Wilson Sarayı, BMT-nın Əsassız Həbslərlə bağlı İşçi Qrupunun ofisi

Angela Merkelə açıq məktub

« Xanım Angela Merkel, mənə, oğurlanana kimi yaşadığım və mənzilim olan Frankfurta qayıtmağıma kömək edin »

Mənim adım Hüseyn Abdullayevdir. 2013-cü ilin noyabr ayında Almaniya mənə siyasi sığınacaq verdi, o vaxtdan bəri məni öz doğma ölkəm Azərbycanın siyasi təqiblərindən qoruyur.

2018-ci ili aprelində mən, Almaniyanın mənə verdiyi pasportla Almaniyadan Türkiyəyə səfər etdim. Getməmişdən əvvəl mən bu pasportla səfər edib-etməməyimə  əmin olmaq istədim. Mənə pasportu verən şəxs, mənim gəldyim öz ölkəmdən başqa hər hansı bir ölkəyə rahat səfər edə biləcəyimə zəmanət verdi. O mənə dedi: “Sən Almaniya dövləti və Konstitusiyası tərəfindən qorunursan.”

2018-ci ilin 21 aprel tarixində, Şənbə günü, artıq bir-neçə gün idi ki, mən İstanbuldaydım. Həmin gün axşamüstü, mən Türkiyənin Terrorla Mübarizə şöbəsinin əməkdaşı uniformasını geyinmiş təxminən 15 polis nəfəri tərəfindən həbs olundum. Mənim təkidlə tələb etməyimə baxmayaraq, onlar mənə həbsimi əsaslandıran heç bir sənəd təqdim etmədilər. Mənə vəkillərimə və ailəmə zəng etməyə icazə vermədilər. Bir saat sonra məni kiçik bir polis şöbəsində kameraya saldılar.

Növbəti günün səhəri məni polis maşınında istanbulun Atatürk beynəlxalq hava limanına apardılar. Elə həmin gün, mənim narazılığıma və kəskin etirazlarıma baxmayaraq, məni zorla Türk Hava Yollarının təyyarəsi ilə Bakıya, Azərbaycanın paytaxtına uçmağa məcbur etdilər. Mənim izahatlarım, qışqırtılarım və yalvarışlarım heç bir nəticə vermədi. Milli və beyəlxalq qanunları pozaraq,  Türkiyə və Azərbaycan hökumətləri soyuqqanlıqla yalnız insan oğurluğu adlana biləcək bir hərəkət etdilər.

Təyyarədən düşəndə mən həbs olundum və Bakıda təcridxanaya salındım. Mən az qala iki ildir ki, orada əziyyət çəkirəm. 2019-cu ilin oktyabr ayında gülünc bir məhkəmə prosesindən sonra mənə qondarma ittihamlar əsasında altı il həbs cəzası verdilər. Mənim səhhətim gedtikcə pisləşir. Mənim həyatım təhlükədədir.

Həbs olunandan bəri, mən Almaniyadan mənə kömək etməsini xahiş etmişəm.  Sizin diplomtik xidmətiniz əvvəl heç bir şey etmədi, sonra mənim Bakıda keçirilən bəzi məhkəmə proseslərimdə iştirak etmək üçün Sizin ölkənin səfirliyinin nümayəndəsini göndərməyə razılaşdı. Eyni şəxs bir dəfə də mənə həbsxanada baş çəkdi. Bu heç də kifayət deyil. Almaniya, siyasi sığınacaq verdiyi bir şəxsin oğurlanıb, təqiblərindən qaçaraq canını qurtardığı ölkəyə zorla aparılmasını bildikdə necə səssiz qala bilər? Bu günə kimi Sizin diplomatik xidmətiniz Türkiyə və Azərbaycan hökumətlərinə qarşı rəsmi etiraz etməklə bağlı mənim bütün xahiş və tələblərmi rədd ediblər. Onlar həmçinin, bu məsələni mənim xeyrimə Bakıda, hakimiyətin yüksək səviyyəli qurumları səviyyəsində qaldırmağı da rədd edirlər.

Mən heç vaxt heç bir  ölkədə qanun pozuntusuna yol verməmişəm. Mənim yeganə günahım öz vətənimdə avtoritar rejimi tənqid etmək olub. Sizin ölkənin Xarici İşlər Nazirliyinin fəaliyyətsizliyinə görə mənim Sizə birbaşa müraciət etməkdən başqa çıxiş yolum qalmayıb, Xanım Kansler.

Xanım Angela Merkel, mənə, oğurlanana kimi yaşadığım və mənzilim olan Frankfurta qayıtmağıma kömək edin. Mən Sizdən xahiş edirəm. President ilham Əliyevlə danışarkən mənim dərhal azad olunmağımı xahiş edin.

Hörmətlə,1

Video hesabata baxın

« O dedi: “Sən Almaniya dövləti və Konstitusiyası tərəfindən qorunursan.” »

Tərcümeyi-hal

Hüseynin həyat hekayəsi

Huseyn Abdullayev Political Prisoner in Azerbaijan

Huseyn Abdullayev

Bakıdakı siyasi məhbus

Sovet İttifaqı dağılandan sonra, indi 52 yaşı olan Hüseyn Abbdullayev öz ölkəsinin əsas biznesmenlərindən biri oldu. 2005-ci ildə o, Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçildi. 2007-ci ildə Baş Nazirin fəaliyyətini tənqid etdiyinə görə həbs olundu və iki il müddətinə azadlıqdan məhrum olundu. Insan hüquqları üzrə Avropa Məhkəməsi bu qərara görə Azərbaycana narazılığını bildirdi. 5 iyun 2013-cü il tarixində Hüseyn Abdullayev öz ölkəsində repressiyaları tənqid edən və əhalini susmağa son qoymağa cəsarətləndirən bir siyasi videonu YouTube kanalına yerləşdirdi.

Növbəti gün Bakıda ona qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açıldı. Bu, onun hal-hazırda davam edən 6 illik həbs cəzası ilə nəticələnən cinayət işidir. Hüseyn Abdullayevin həbsi, oğurlanması və davam edən həbsi siyasi motivlidir – onun Prezident İlham Əlievi və hökuməti tənqid etməsinin nəticəsidir. 2019-cu ilin avqust ayında,  Hüseyn Abdullayev  Türkiyə və Azərbaycan hökumətlərindən  BMT-in Əsassız Həbslərlə bağlı İşçi Qrupuna şikayət etdi, bir il sonra, İşçi Qrupu qərarını açıqlayaraq, Azərbaycan hökumətini onu dərhal azad etməyə  çağırdı.

Xronologiya

Hüseynin həyatındakı bütün vacib tarixlər

7 oktyabr 2020

— Hüseyn Abdullayevin azad edilməsi Berlində keçirilən mətbuat konfransında tələb edilir.

26 avqust 2020

— BMT-nin Əsassız Həbslərlə bağlı İşçi Qrupu Azərbaycan hökumətini Hüseyn Abdullayevi dərhal azad etməyə çağırır.

25 mart 2020

— Hüseyn Abdullayev (HA) Almaniya mətbuatında Angela Merkelə açıq məktub ünvanlayır.

29 yanvar 2020

 — Bakı Apellyasiya Məhkəməsi HA-ə verilən 6 llik həbs cəzasını qüvvədə saxlayır.

18 oktybr 2019

— HA onun haqqında verilən 1 oktyabr 2019-cu il tarixli hökmdən apellyasiya şikayəti edir.

1 oktyabr 2019

— Bakı Hərbi Məhkəməsi HA-ə 6 il həbs cəzası verir.

Bütün xronologiyanı yükləyin

Əsas sənədlər

Rəsmi sənədlərin nüsxələrini yükləyin

BMT-nin İstehsal Həbsinə Qarşı İşçi Qrupu
Birləşmiş Millətlərin Qanunsuz Həbslər üzrə İşçi Qrupuna müraciət
AİHM-nin hökmü
Hüseyn Abdullayevin Alman pasportu
Almaniya sığınacaq verdi

Hüseynə mesaj yaz …

Thank you to show your support !

 
 
 
 
 
 
 
Fields marked with * are required.
Your E-mail address won't be published.
Your entry will only be visible in the guestbook after we reviewed it.
We reserve the right to edit, delete, or not publish entries.
4 entries.
Faul Dummi from Deppenhausen wrote on Aprel 2, 2020 at 8:16 səhər
Wenn Herr Huseyn Abdullayev sich verfolgt fühlt und Asyl beantragt und auch bekommt, warum reist er dann in ein Land in dem man es mit Menschenrechte nicht so genau nimmt?
Harald Scholtz from Hofheim wrote on Mart 26, 2020 at 12:07 axşam
Corona darf nicht von allen anderen Problemen dieser Welt ablenken. Dazu gehört, dass auch auf die Einhaltung von Menschenrechten und rechtsstaatlichen Grundsätzen geachtet wird. Deutschland hat hier eine besondere Verantwortung.
Holger Schütz from Frankfurt wrote on Mart 25, 2020 at 10:26 səhər
Corona hin oder her - wir Deutsche haben aus unserer Geschichte besonderen Anlass, rechtsstaatliches Vorgehen zu fördern bzw. darauf zu bestehen!
Julia Dahl from Bad Homburg wrote on Mart 25, 2020 at 7:52 səhər
Auch wenn wir zur Zeit einen Katastrophen Zustand haben, muss Deutschland seiner Verantwortung gerecht werden, deutsche Staatsbürger und diejenigen zu schützen, denen es Asyl gewährt. Wir Bürger müssen auch mehrere Dinge gleichzeitig meistern. Unser Außenminister sollte seine Hausaufgaben machen.

Əlaqə

Hər hansı bir sual və ya media sorğuları info[at]freehuseyn.org elektron poçtuna göndərilə bilər

Sözçüsü: Marc Comina · marc[at]clpr.ch · +41 79 128 34 95